RU

Ueyn Runi: “Mənim üçün ən yaxşı oyunçu Fil Fodendir”

“Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi hazırda ən yaxşı ingilis futbolçunun kim olduğu haqda sualı cavablayıb.

Arena.az Runinin bu barədə fikrini təqdim edir:

“Mənim üçün ən yaxşı oyunçu Fil Fodendir. Bilirəm ki, o, bu mövsüm “Mançester Siti”də çox oynamayıb, amma ən yaxşı halında o, İngiltərənin ən yaxşı oyunçusudur.

Koul Palmer “Çelsi”yə qoşulduqdan sonra inanılmazdır. Cud Bellingem və onun “Real”da etdiyi işlər haqqında da düşünə bilərsiniz, amma mənim üçün ən yaxşı futbolçu Fodendir”, deyə Ueyn Runi bildirib.

Filip Foden “Mançester Siti”nin yetirməsidir. İngilis vinger “şəhərlilər”in əsas komandasında 2016-cı ildən çıxış edir. Fodenin Mançester klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Fil cari mövsümdə “şəhərlilər”in heyətində bütün yarışlarda 7 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib. O, “Mançester Siti”nin heyətində bütövlükdə 277 oyun keçirib, 88 qol və 54 məhsuldar ötürmə ilə yadda qalıb.

Fodenin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belə təsvir yaradır: 271 oyun, 87 qol, 53 məhsuldar ötürmə.

Foden “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (6 dəfə), İngiltərə Kuboku (2 dəfə), İngiltərə Liqa Kuboku (4 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku yarışlarında qalib olub.

Fil Foden 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 42 oyuna çıxıb, 4 qol vurub, 8 məhsuldar ötürmə verib. Foden İngiltərənin U-17 yığması ilə 2017-ci ildə keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı Fil Fodenin transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Избранный
23
arena.az

1Источники