RU

Pekin və Moskvada inanırlar ki, Kazan sammitində Qərb "monopoliyası" na qarşı güclü birlik formalaşdıracaqlar

Bir neçə gündən sonra dünyanın əsas fokus nöqtəsi Kazan şəhəri olacaq. BRİCS ölkələri və təşkilata üzvlük üçün maraq göstərən ölkə rəhbərləri Kazanda sammitində toplaşacaqlar. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bu ölkənin ərazisində keçiriləcək ən böyük sammit olacaq. Rusiya federasiyasının ən tolerant şəhəri olan Kazan müxtəlif dinlərə və mədəniyyətlərə sahib ölkələri qəbul etmək üçün ciddi şəkildə hazırlaşır.

9 ölkənin rəsmi şəkildə qoşulduğu və 40-dan çox ölkənin BRİCS+ la əməkdaşlıqda maraqlı olduğu bu beynəlxalq platforma dünya ÜDM-nin 40%-dən, dünya əhalisinin 45%-dən çoxunu birləşdirə biləcək böyük potensiala malikdir. Kazan sammiti eyni zamanda dünyanın gələcək dizaynı üçün əsas mesajlarında səslənəcəyi platforma olacaq. 
ABŞ və müttəfiqlərinin dünya nizamını bir tərəfli qaydada dizayn etməsini qəbul etməyən ölkələr üçün BRİCS+ alternativ platforma ola bilər. Qurulduğu ilk illərdə BRİCS-i bəzi topa ördək hesab edirdilər. Müxtəlif qitələr, dinlər, və siyasi sistemləri təmsil edən ölkələrin bir çətir altında uzun müddət qala biləcəkləri inandırıcı deyildi. Ancaq son 15 il ərzində dünyada baş verən prosesslər, xüsusən ABŞ və tərəfdaşlarının ölkələrə qarşı monopolist siyasət həyata keçirməsi BRİCS-in yaşaması üçün yaxşı impuls oldu. 
Ukraynadakı qarşıdurmanın və son illərdə Çin ilə ABŞ arasındakı gərginliyin dərinləşməsinin səbəb olduğu qlobal geosiyasi zəlzələdən sonra da BRICS-ə qoşulmaq marağı yalnız artdı və bir çox inkişaf etməkdə olan ölkələr bu birliyi gələcək illərdə inkişaf  üçün faydalı bir vasitə kimi görürlər.
Ancaq bütün cəlbediciliyinə baxmayaraq, klub daxili ziddiyyətlərdə mövcuddur.  İlk növbədə Çin və Rusiya özlərini Qərbə və ABŞ-ın yaratdığı dünya nizamına qarşı cəbhənin əsas döyüşçüləri kimi görürlər. . Amerikanın əsas rəqibi olan İranında qrupa qoşulması onun geosiyasi məkanda manevr etmək imkanlarına hardasa neqativ təsir edir. ÇİN, Rusiya və İrandan fərqli olaraq Braziliya və Hindistan konfrontasiyanın dərinləşməsinin tərəfdarı deyillər. Onlar daha çox BRİCS-dən mövcud dünya nizamının dizayn edilməsi və iqtisadi faydalardan yararlanmaq üçün istifadə etmək istəyirlər. 
BRİCS-in gələcəkdə hansı mövqedə dayanacağını isə daxilində anti-qərbçilərlə - neytrallar arasında münasibətlərin ayırd edilməsi müəyyən edəcək. Eyni zamanda ABŞ-ın sanksiya siyasəti BRİCS daxilində prosesslərin sürətli getməsinə mane olur. Əksər ÇİN, Hindistan, Braziliya şirkətləri üçün yenədə əsas bazar ABŞ bazarıdır. Ona görə qeyd edilən ölkələrin şirkətləri Rusiya ilə əlaqələrin formalaşdırılmasına daha ehtiyatlı olmağa üstünlük verirlər.  
Kazan sammiti BRİCS-in genişləndirilmiş heyətinin ilk görüşü olacaq. Pekin və Moskvada inanırlar ki, Kazan sammitində Qərb "monopoliyası" na qarşı güclü birlik formalaşdırmağa nail olunacaq.

Aqil Məmmədov

visiontv.az



Избранный
7
visiontv.az

1Источники