RU

Tahir Kərimli: “LGBT azadlıqdan məhrumetmə yerlərində də himayə olunur, biabırçı haldır”

“1990-cı ildə deputat seçilmişdim. Bundan sonra Ali Məhkəmədə işə daxil olan zaman ən birinci istəklərimizdən biri bu oldu ki, əmək islah düşərgələrini, azadlıqdan məhrumetmə yerlərini Daxili İşlər Nazliyinin tabeliyindən çıxarıb, Ədliyyə Nazirliyinə verək. Bunu həyata keçirdik. Hesab edirdik ki, bu, daha sivil formadır. Həbsxanalarda və digər yerlərdə baş verə biləcək zorakılıq hallarını azalda, qanundankənar idarə üsulunu, "oğru qanunları"nı və s. zəiflədə bilər. İndi üstündən uzun müddət - 30 ildən artıq vaxt keçib. Təəssüf edirəm ki, bu, özünü doğrultmadı. Yəni həmin müəssisələrin kimə aid olması, görünür, özünü tam doğrultmur”. 


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

 

“Bu yaxınlarda bir videoya baxdım. Xaricdə yaşayan LGBT üzvlərindən biri Azərbaycan həbsxanasında olarkən başına gətirilən müsibətlərdən, onlarla necə rəftar etdiklərindən danışır. Şübhəsiz, bu kimi xəbərləri çox eşidirik. Təəssüf ki, dəfələrlə irəli sürməyimizə baxmayaraq, LGBT-yə qarşı bizdə ümumi qadağanedici qanunlar yoxdur. Buna görə də belə görünür ki, LGBT azadlıqdan məhrumetmə yerlərində də himayə olunur. Qanun olmadığı üçün onlar bəhanə edə bilərlər ki, bu, qanunla qadağa olunmuş fəaliyyət deyil. Çox biabırçı vəziyyətdir. Azərbaycan mənəviyyatına uyğun olmayan haldır. Bunu birmənalı pisləyirəm. Hesab edirəm, dönüş yaratmaq, xeyli sağlamlaşdırma işləri görmək lazımdır”, - partiya sədri bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 11 Oktyabr 2024, 13:03   
Избранный
495
pravda.az

1Источники