RU

Fransa və ABŞ-nin niyyəti başqa idi: Vaxtında atılan addım planları alt-üst etdi

"COP29 kimi beynəlxalq tədbirlər Azərbaycanın yumşaq güc potensialının artmasına xidmət edir”.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, biz ilk dəfə şahidi olmuruq ki, bu cür tədbirlər öncəsi Azərbaycana qarşı qarayaxma kampaniyalarına start verilir.

Deputat bildirib ki, indiyədək Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin içərisində mahiyyətinə və iştirakçı sayına görə COP29 qədər önəmlisi olmayıb:

"Fransa var gücü ilə çalışırdı ki, COP29 Azərbaycanda keçirilməsin. Amma Fransanın Frankofoniya sammiti və BMT çərçivəsində fəaliyyəti uğursuzluqla nəticələndiyi kimi bu yöndə fəaliyyəti də nəticəsiz qaldı”.

Sahib Alıyev, Deputat

Deputat bildirib ki, ABŞ-nin isə məqsədi başqa idi:

“Düşünürdü ki, COP29 tədbirindən istifadə edərək təzyiqlərə əl atacaq və təzyiqlər nəticəsində əsl niyyətinə çatacaq. ABŞ-nin əsl niyyəti odur ki, BMT mandatı adı altında Cənubi Qafqaz regionunda NATO ordularını yerləşdirsin. Bunu da məhz Azərbaycanın maraqlarına qarşı olaraq reallaşdırsınlar. "Qarabağa hayların qayıdışı" məsələsi bu səbəbdən qabardılır. Onların Qarabağı Kosovaya çevirmək planları alınmadı. Azərbaycanın vaxtında atdığı çox cəsarətli, qətiyyətli və sərt addımlar nəticəsində planları alt-üst oldu. Paşinyana yarımçıq sülh müqaviləsi imzalatmaqla onun ardınca öz planlarını işə salmaq istəyirdilər. Ancaq Azərbaycana buna da getmədi. Ona gərə də bu cür təzyiqlərə yenidən əl atırlar".

Aydın Baxış

Избранный
16
bakivaxti.az

1Источники