RU

“Müasir tələblərə cavab verən hərbi blokun yaradılması böyük xərc tələb edir”-Ədalət Verdiyev

“Müasir

“Orta əsrlərdən sonrakı dövrdə biz hərbi siyasi ittifaqların yaranmasını daim izləmişik. Burada əsas məqsəd ondan ibarətdir ki, bir-birilə müsbət münasibətlərdə olan və ya bu münasibəti yaratmaq istəyən ölkələr müəyyən coğrafi ərazilərdə öz təhlükəsizliklərini başqalarından qorumaq üçün hərbi, siyasi potensiallarını birləşdirərək ortaq maraqlarını müdafiə etsinlər”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, yaradılan istənilən hərbi blokun müəyyən siyasi, hərbi məqsədləri olur : “Bu məqsədlərin həyata keçirilməsi üçün müəyyən addımlar atılır ki, bunların da bəziləri hərbi xarakterli ola bilər”.

Ekspert dünyada yaradılan hərbi bloklar haqqında da danışaraq diqqətə çatdırıb ki, hazırda dünyada aparıcı hərbi blok NATO-dur: “Daha əvvəl Varşava Paktı bloku var idi. Ondan əvvəl Birinci Dünya müharibəsindən sonra Antanta bloku vardı. Qədim türk dövlətlərinin də bir-birinə qarşı fəaliyyətlərində müəyyən bloklar yaradılırdı. Lakin indiki vəziyyətdə Avropa Ukrayna müharibəsindən əvvəl bir neçə dəfə hərbi blok yaradılması təşəbbüsü ilə çıxış edib. Lakin bu, Avropa ölkələri arasında birmənalı qarşılanmayıb. Çünki müasir tələblərə cavab verə bilən bir blokun yaradılması kifayət qədər böyük xərclər tələb edir. Amma Avropa ölkələrinin əksəriyyəti bildiyiniz kimi NATO-ya üzvlük haqqı ödəyir. Başqa sözlə desək, Avropanın aparıcı dövlətləri bu bloku yaratmaq və ABŞ asılılığından qurtulmaq istəsələr də, bunu hələ həyata keçirə bilməyiblər”.

Röya İsrafilova

Избранный
13
xalqcebhesi.az

1Источники