RU

AFFA iki məşqçini sərt cəzalandırdı

style='margin-bottom:10px;'>

AFFA İntizam Komitəsi 2 məşqçini 5 oyunluq cəzalandırılıb.

QOL.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib. 

AFFA U-16 Liqasında keçirilən ASTA – “Dinamo” (Bakı) oyununda “Dinamo”nun köməkçi məşqçisi Çıraq Behbudov qarşılaşmanın 88-ci dəqiqəsində hakimi təhqir edib. Nəticədə o, qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb.  İntizam Komitəsi məşqçinin 5 oyuluq cəzalandırılmasına qərar verib. 

Digər xoşagəlməz hal isə U-13 Liqasında qeydə alınıb. “Məhəllə uşaqları” (Sumqayıt) – İOEUGİM (Sumqayıt) oyununda İOEUGİM-un köməkçi məşqçi Asif Əsgərov qarşılaşmanın 52-ci dəqiqəsində meydana daxil olub. O, hakimlər briqadasını təhqir edib. Buna görə də məşqçi 5 oyunluq cəzalandırılıb.

Избранный
39
1
teleqraf.com

3Источники