Rusiya və Pakistan prezidentləri Vladimir Putin və Asif Əli Zərdari Aşqabadda qısa söhbət aparıblar.
Azpost.info xəbər verir ki, söhbət zamanı Putin Zərdarini Moskvaya, o da Rusiya liderini Pakistana dəvət edib.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Prezident Putin Pakistan lideri ilə qısa söhbət aprıb. Onlar bir-birlərini müvafiq olaraq Rusiya və Pakistana rəsmi səfərə dəvət ediblər”, – Peskov deyib.
Onun sözlərinə görə, tərəflər bütün sahələrdə ikitərəfli münasibətləri gücləndirmək niyyətlərini də təsdiqləyiblər.
Azpost.info