RU

İqlim dəyişikliyi ölkələrin təhlükəsizliyi üçün mühüm məsələdir - Elşad İskəndərov

Bakı. Trend:

İqlim dəyişikliyi ölkələrin təhlükəsizliyi üçün mühümməsələdir.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) xüsusitapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29)çərçivəsində keçirilən panel iclasında deyib.

O bildirib ki, iqlim dəyişikliyi insan yerdəyişməsinə gətiribçıxarır, insanların günlük həyatına manelər yaradır.

“COP29 çərçivəsində əsas müzakirə mövzumuz, su təhlükəsizliyi,iqlim dəyişikliyi nəticəsində insan miqrasiyasının qarşısınınalınması, torpaqların deqradasiyası və s. olacaq. COP29-da iqlimdəyişikliyi ilə sülh arasında bağlantılar olduğu qeyd edilib.

Sülh və iqlim dəyişikliyi arasında qarşılıqlı təsirinaydınlaşdırılması üçün analitik hesabatın hazırlanmasına ehtiyacvar. COP və qeyri-COP təşəbbüsləri arasında sinerjinin qurulmasıbizim əsas hədəflərimizdən biridir”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda Pre-COP29 tədbirinin ikinci günükeçirilir.

Tədbirin ikinci günü çərçivəsində plenar sessiyalar və paraleltədbirlər keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkəiştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər ilkeçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutduvə onun katibliyi Bonnda yerləşir.

Избранный
11
az.trend.az

1Источники