RU

"Simpsonlar" ABŞ-dəki qasırğa ilə bağlı əvvəlcədən XƏBƏRDARLIQ EDİBMİŞ - VİDEO

"Simpsonlar" cizgi serialının daha öncə yayımlanmış bölümü bir neçə gündür ABŞ-də baş verən "Milton" qasırğası ilə bağlı bir çox aktual məsələləri gündəmə gətirib.

Turkustan.az-ın Ajans.az-a istinadənxəbərinə görə, bu bölüm Floridada baş verəcək qasırğanın təsirlərini ironik bir şəkildə ələ alaraq məlumat veribmiş, həmçinin cəmiyyətin bu cür təbii fəlakətlərə qarşı reaksiya vermə üsullarını müzakirə edib.

Bölüm Floridanın kütləvi evakuasiyalar, təbii fəlakətə hazırlıq və cəmiyyətin bu hadisələrə verdiyi reaksiyalar kontekstində baş verir. Simpsonlar ailəsi qasırğanın təhlükələri ilə üzləşərkən, fərqli xarakterlərin reaksiya formaları, gülməli situasiyalar və gözlənilməz hadisələrlə ələ alınır. Bu, eyni zamanda insanların qasırğaya qarşı hazırlıqsızlığını və bunun nəticələrini satirik bir üslubda təqdim edir.

"Simpsonlar" uzun illər boyu cəmiyyətin aktual problemlərinə ironik yanaşmaları ilə tanınıb. Bu bölümqasırğa ərəfəsindəki panik, etirazlar və real həyatda baş verən hadisələri parodiya edərək izləyicilərə düşündürücü bir perspektiv təqdim edir.

Bu bölüm yayımlandıqdan sonra sosial mediada "Simpsonlar"ın aktual bir mövzuda cəmiyyətin düşüncələrinə satirik bir yanaşma gətirməsi izləyicilərdə maraq doğurub. Tələbələr, valideynlər və cəmiyyətin digər üzvləri, bölümü müzakirə edərək, qasırğalara qarşı hazırlıq, məlumatlandırma və aidiyyatı orqanların rolu barədə fikirlərini paylaşırlar.

Daha ətraflı məlumat üçün videonu izləyin:

Избранный
17
turkustan.az

1Источники