RU

"Tramp yalnız özünü, pullarını və statusunu düşünür" - Barak Obama

 
"Trampın ritorikası səs-küylü bəyanatlar və sui-qəsd nəzəriyyələrindən ibarətdir, bunlar seçicilərin diqqətini gerçək problemlərdən yayındırır..."
 
ABŞ-ın sabiq prezidenti Barak Obama Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı tənqidə məruz qoyub.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Pensilvaniya ştatının Pittsburq şəhərində çıxışı zamanı bəyan edib. Məlumatı "Bild" nəşri yayıb.
 
O, qeyd edib ki, Trampı milyardçı olaraq qayğılandıran ilk növbədə özü, pulları və statusudur.
 
Obamanın sözlərinə görə, respublikaçı namizəd amerikalıların problemlərinə maraq göstərmir və son doqquz ildə, özünün ilk prezidentlik dönəmindən daima öz şəxsi çətinliklərinə köklənir.
 
Obama Trampın prezidentlik uğrunda yarışmada öz iştirakını elan etdiyi 2015-ci ildə onun "Trump Tower" qülləsində qızıl eskalatorla endiyi məqamı xatırladıb.
 
Onun sözlərinə görə, o zamandan Trampın ritorikası səs-küylü bəyanatlar, sui-qəsd nəzəriyyələri və uzun-uzadı nitqlərdən ibarətdir. Obamanın fikrincə, bunlar seçicilərin diqqətini gerçək problemlərdən yalnız yayındırır.
 
Obama öz niqtində həmçinin Kamala Harrisə dəstək verib və bəyan edib ki, prezident olacağı təqdirdə o, diqqətini təkcə tərəfdarlarının deyil, bütün amerikalıların problemlərinin həllinə yönəldəcək. Onun sözlərinə görə, Haris Trampdan fərqli olaraq, hər bir vətəndaşın rifahı naminə işləməyə hazırdır, Tramp isə təkəbbür, səriştəsizlik və bölücülüyün rəmzidir.
 
Obama qeyd edib ki, "qaradərili kişilərin Trampa dəstək verməsi qəbuledilməzdir". O, vurğulayıb ki, qaradərili kişilər "qadının prezident postunda olması ideyasına dəstək vermir və bunun üçün müxtəlif səbəblər uydurur".
 
"Bütün bu müddət ərzində qadınlar arxamızda dayanıb. Biz bəlaya düşəndə və sistem bizə işləməyəndə, onlar yürüşə çıxaraq etiraz səsini ucaldıb. İndi siz kənarda dayanıb keçmişdə sizi alçaldana dəstək vermək istəyirsiniz, çünki bunu güc əlaməti hesab edirsiniz, yəni kişi olmaq bu deməkdir? Qadınları alçaltmaqmı? Bu, qəbuledilməzdir", - Obama vurğulayıb.
 
Xatırladaq ki, bundan öncə Barak Obama həyat yoldaşı Mişel Obama ilə birgə ABŞ prezidenti postuna Kamala Harrisə rəsmən dəstək verib və deyib ki, o, "Birləşmiş Ştatların fantastik prezidenti olacaq".
Избранный
62
35
moderator.az

10Источники