RU

31 yaşlı futbolçunun müəmmalı ölümü

“Panatinaikos”un müdafiəçisi Corc Baldok ölüb.

Yunanıstan yığmasının 31 yaşlı sabiq oyunçusunun meyiti evinin hovuzunda tapılıb. Onun ölüm səbəbi ilə bağlı hələlik məlumat verilməyib.

Baldok əvvəllər İngiltərənin “Şeffild Yunayted”, “Oksford”, “Tamuort”, “Northempton”, “Milton Kins dons” və İslandiyanın “Vestmannaeyyar” klublarında oynayıb. O, milli komandada 12 oyun keçirib. İngilis əsilli Corc bu mövsüm “Panatinaikos”un heyətində ölkə çempionatında 3 oyunda meydana çıxıb.

Əlavə edək ki, Yunanıstan və İngiltərə yığmalarının oyunçuları Baldokun xatirəsi üçün Millətlər Liqasının oyununa qarşı sarğı ilə çıxacaqlar.

Избранный
26
football-plus.az

1Источники