RU

Putin: "Planetin müxtəlifliyini əks etdirən yeni dünya nizamı yaranır"

"Planetin müxtəlifliyini əks etdirən yeni dünya formalaşır. Bu, təbii və dönməz bir prosesdir".

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Türkmənistanın paytaxtı Aşqabadda tədbirdə iştirakı zamanı dünyadakı vəziyyəti dəyərləndirib.

"Dünya sivilizasiyaların bölünməsi, etnik və dini qruplar arasında qarşıdurmalardan doğan görünməmiş təhlükələrlə qarşı-qarşıyadır. Beynəlxalq münasibətlər qlobal köklü dəyişikliklərin yaşandığı bir dövrə qədəm qoyub. Bu dövrdə planetin müxtəlifliyini əks etdirən yeni dünya nizamı formalaşır.

Şərqdə və cənubda yeni güclü iqtisadi, maliyyə və siyasi mərkəzlər yaranıb. Bu mərkəzlər suverenliyi, sosial-mədəni kimliyi qorumağa və gücləndirməyə, ənənələrə və milli maraqlara uyğun inkişaf yolları tapmağa çalışır", - deyə o qeyd edib.

 

Gözəl Həşimova

Избранный
11
1
iqtisadiyyat.az

3Источники