RU

3 gündə 3 nəfəri öldürən qadın həbs olundu

Kanadada 1-3 oktyabr tarixləri arasında 3 ayrı cinayət törətdiyi təsbit edilən 30 yaşlı Sabrina Kauldhar həbs olunub.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Niaqara Regional Polis İdarəsindən verilən açıqlamaya görə, 1-i qadın, 2-si kişi olmaqla cəmi 3 nəfəri öldürən kanadalı qadın Burlinqtonda bir oteldə yaxalanıb.
Sabrina Kauldharın ilk cinayətini oktyabrın 1-də Torontoda törətdiyi öyrənilib. 60 yaşlarında bir qadını öldürən Kauldhar ertəsi gün Niaqara şəlaləsi yaxınlığındakı parkda 47 yaşlı Lance Cunningham-ı qətlə yetirib. Sonuncu qətlini oktyabrın 3-də törədən 30 yaşlı qatil 77 yaşlı təqaüdçü müəllim Mario Biliç Həmiltondakı dayanacaqda öldürüb.

Polislər onu seriyalı qatil adlandırıb.

 

 

Избранный
54
1
manset.az

4Источники