RU

Millimizin oyunçuları onu gözdən qaçırmasın - Bu adam ortalıqdadırsa...

UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda keçiriləcək Estoniya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

Görüşü İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Rob Harveyə Robert Klark, Ueyn Makdonnel kömək edəcək. Dördüncü hakim funksiyasını Rob Hennessi yerinə yetirəcək.

18 yaşından hakimlik edən 36 yaşlı referinin zəngin təcrübəyə sahib olduğunu deyə bilərik.

2013-cü ildə FİFA dərəcəsini alaraq 2016-cı ildən beynəlxalq oyunlarda fit çalan Harve bu müddətdə bütün yarışlarda 300-dən artıq matç idarə edib.

Lakin indiyə qədər bir dəfə də olsun, Azərbaycan klublarının və millilərinin görüşlərinə təyinat almayıb. Bu oyun onun üçün azərbaycanlıların iştirakı ilə keçiriləcək ilk qarşılaşma olacaq.

Əvəzində, Estoniya yığmasının üzvləri onu xatırlayır. 2021-ci ilin martında DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Minskdə keçirilən Belarus – Estoniya duelində Rob dördüncü hakim funksiyasını yerinə yetirib ki, hesabda 2:1 öndə olan estonlar 90 dəqiqənin tamamında meydanı məğlub tərk edib – 2:4.

Bu hakim meydanda əsas söz sahibidirsə, futbolçular son dərəcə diqqətli olmalıdır. Penalti nöqtəsini və qırmızı vərəqə göstərmək baxımında öndə gedənlərdən sayılır. Odur ki, ehtiyatı əldən verməmək şərtdir.

Oktyabrın 11-də Tallindəki “Lilleküla” stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
17
sportinfo.az

1Источники