RU

“AzInTelecom”un sədri: İki Data Mərkəzin inşasında karbon materiallarından istifadə olunacaq

“AzInTelecom”un

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycanda tikintisi davam edən iki Data Mərkəz tamamilə beynəlxalq standartlara cavab verəcək və karbon materiallarından istifadə olunacaq.

AZƏRTAC xəbər verirki, bunu “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov Bakıda keçirilən “INMerge İnnovasiya Sammiti”nin ikinci günündə çıxışı zamanı deyib.

“Bildiyiniz kimi, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – (COP29) Azərbaycanda keçiriləcək. Bununla əlaqədar ətraf mühit məsələlərinə diqqət artıb və yaşıl texnologiyaların təşviqi güclənib. “AzInTelecom” Azərbaycanın rəqəmsal transformasiyasında mühüm rol oynayaraq fiziki prosesləri aradan qaldıran və istifadəçilərə istənilən vaxt tapşırıqlarını uzaqdan həll etməyə imkanlar yaradır. BMT-nin Qlobal Razılaşmasına qoşulmaqla, “AzInTelecom” mövcud və gələcək fəaliyyətlərini ekoloji idarəetmə prinsiplərinə uyğunlaşdıraraq BMT-nin Davamlı İnkişaf Məqsədlərinə və ölkə ekosisteminə daha geniş töhfə verməyi hədəfləyir. Texnoloji tərəqqi ilə ekoloji məsuliyyət arasında tarazlığı qorumağın vacibliyini anlayır və bu yolu daha yaşıl və dayanıqlı etməyə tam sadiqik”, - deyə E.Əzizov əlavə edib.

 

Избранный
10
1
azertag.az

2Источники