RU

Bakının mərkəzindəki pubda saxta içki satılırmış - Fotolar

Bakı şəhər Nəsimi rayonnda fəaliyyət göstərən və fiziki şəxsə məxsus ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 2 ədəd 0.7 litrlik “Архангельская” əmtəə nişanlı, 1 ədəd 1 litrlik “Finlandia” əmtəə nişanlı, 1 ədəd 0.7 litrlik “Organic Line” əmtəə nişanlı, 1 ədəd 0.5 litrlik və 1 ədəd 0.7 litrlik “Nemiroff” əmtəə nişanlı spirtli içki məhsulunun satışının həyata keçirildiyi məlum olub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl daha bir neçə obyektdə də saxta spirtli içkilər aşkarlanmışdı.

Избранный
27
43
qafqazinfo.az

10Источники