RU

COP29-da qəbul edilməsi vacib olan təxminən 60 qərar var

COP29-da ən böyük gözlənilən yeniliklər danışıqlar prosesində iqlim maliyyəsi ilə bağlı qərarın verilməsidir. İqlim maliyyəsi ilə bağlı ilk dəfə əsaslı bir sənədin qəbulu gözlənilir. COP29-da qəbul edilməsi vacib olan təxminən 60 qərar var. Onlardan ikisi xüsusilə vacibdir. Biri iqlim maliyyəsi, digəri karbon bazarlarının formalaşdırılması, tənzimlənən karbon bazarları ilə bağlıdır. Bu da Paris Sazişinin 6-cı maddəsi ilə əlaqədardır. Həmin iki qərarın qəbul edilməsi halında COP prosesi çərçivəsində tarixi nailiyyət hesab olunacaq.

Bunu COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə müsahibəsində deyib.

“Bundan əlavə, biz 14 sədrlik təşəbbüsü irəli sürmüşük. Onların bəziləri COP prosesinə böyük yenilik gətirən təşəbbüslərdir. Bunlara İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu və COP Atəşkəsi Qlobal Təşəbbüsünü nümunə göstərmək olar. Bu gün etibarilə COP Atəşkəsi Qlobal təşəbbüsünə 127 dövlət qoşulub. Bu, Prezident İlham Əliyevin təşəbbüsü ilə COP tarixində ilk dəfədir ki, irəli sürülüb. İlk dəfədir ki, COP-lar tarixində hərbi fəaliyyətin iqlimə zərər vuran, emissiya yaradan bir fəaliyyət kimi təsbit olunması və buna görə də qlobal atəşkəsin elan olunması barədə qərara gəlinib və belə təşəbbüs irəli sürülüb. Hazırkı kontekstdə çox önəmli bir təşəbbüsdür. 127 dövlətin, 1100-dən artıq beynəlxalq, qeyri-hökumət təşkilatlarının, tanınmış şəxslərin, dini liderlərin həmin təşəbbüsə qoşulması onun əhəmiyyətinin göstəricisidir”, – deyə Y.Rəfiyev qeyd edib.

Избранный
7
50
banker.az

10Источники