RU

Ukrayna Belqorod atəşə tutdu - 11 yaralı

Oktyabrın 11-də Rusiyanın Belqorod vilayətinin atəşə tutulması nəticəsində ümumilikdə bir nəfər ölüb, 11 nəfər isə yaralanıb. 

News365.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib. 

“Ötən gün ərzində dinc sakinlərdən 11 yaralımız var idi”, – o qeyd edib. Qubernatorun sözlərinə görə, “Ukrayna Silahlı Qüvvələrinin atəşi nəticəsində” daha bir nəfər isə ölüb.  Xatırladaq ki, 2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri işğalçı ölkənin sərhədyanı bölgəsi olan Belqorod vilayəti tez-tez Ukrayna Silahlı Qüvvələrinin atəşinə məruz qalır. Regiona ən ölümcül hücum 2023-cü ilin dekabrın 30-da baş verib. Belqorod şəhərinə raket hücumu nəticəsində 25 nəfər ölmüş, 109 nəfər yaralanmışdı.

Избранный
85
16
news365.az

10Источники