RU

Kevin Qrosskroyts: “Yurgen Klopun qərarı axmaqlıqdır”

Dortmund “Borussiya”sının keçmiş müdafiəçisi Kevin Qrosskroyts komandanın keçmiş baş məşqçisi Yurgen Klopu tənqid edib.

Arena.az xəbər verir ki, o, alman mütəxəssisin “Red Bull”da futbol əməliyyatlarının dünyəvi rəhbəri vəzifəsinə təyin edilməsinə münasibətini bildirib:

“Bir futbol azarkeşi kimi düşünürəm ki, bu bərbad bir işdir! Amma bir dost kimi bu qərarı qəbul etməliyəm. Görüşəndə mən yenə də ona bunun axmaq qərar olduğunu düşündüyümü şəxsən deyəcəyəm”, deyə Kevin Qrosskroyts vurğulayıb.

Yeri gəlmişkən, Yurgen Klopun yeni işindən nə qədər qazanacağı da müəyyənləşib. “Red Bull”da futbol əməliyyatlarının dünyəvi rəhbəri vəzifəsini tutmuş alman mütəxəssisin maaşı ildə 10-12 milyon avro civarında məbləğ təşkil edəcək.

Yurgen Klopp daha öncə “Liverpul”da, Dortmund “Borussiya”sında və “Maynts”da, həmçinin “Ayntraxt”ın gənclərdən ibarət komandasında baş məşqçi olub.

Son olaraq İngiltərənin “Liverpu” klubunda çalışmış Klopp məşqçiliyə qayıtmaq niyyətində deyil. Amma Almaniya yığmasını çalışdırmaq təklifi alarsa, alman mütəxəssis qərarını dəyişə bilər.

Избранный
47
arena.az

1Источники