RU

Natali Luazonun absurd fikirləri sadəcə ironiya doğurur - Kamran Bayramov

Avropa Parlamentinin ermənipərəst deputatı Natali Luazo jurnalistlərə müsahibəsində Azərbaycana qarşı uydurma və həqiqətdən uzaq məlumatlar əsasında qərəzli açıqlamalar verib. Azərbaycanda keçiriləcək COP 29 mövzusunda jurnalistin sualına cavab olaraq o, Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı, eyni zamanda, "ermənilərin etnik təmizləmələri" ilə bağlı məsələləri qaldırıb. 

Bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı K.Bayramov mətbuata açıqlamasında bildirib.

Əslində, bu, Natali Luazodan gözlənilən bir addımdır. Xatırladım ki, Natali Luazo bu yaxınlarda Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə qrupunun sədr müavini seçilib. Bu qrupun Azərbaycana qarşı qərəzsiz olmayacağı, obyektiv olmayacağı bizə çoxdan məlumdur. Çünki, Natali Luazo və onun kimi digər azərbaycanxoflular hər zaman ölkəmizə qarşı məhz, bu cür qərəzli mövqedə olublar. Azərbaycana qarşı qarayaxma kampaniyaları belə qeyri-peşəkar və kimlərinsə marağına işləməyə üstünlük verənlər tərəfindən  hər zaman təşkil edilir.

Hesab edirəm ki, erməni lobbisinin vəsaiti hesabına fəaliyyət göstərən və sifarişlər alan bir şəxs üçün bu adi bir şeydir. Düşünürəm ki, Natali Luazo Azərbaycanı qınamaq əvəzinə, öz ölkəsində olan insan hüquqlarının pozulması, eyni zamanda, neokolonializm siyasətinin nəticələri və fəsadları barədə danışsa öz mənsub olduğu xalqa daha çox fayda vermiş olardı. Onun və onun kimilərin COP 29 ərəfəsində Azərbaycana qarşı qərəzli açıqlamalar verməsi ondan xəbər verir ki, artıq erməni lobbisi Avropa dairələrində, Avropa məkanında və  Avropanın müxtəlif qurumlarında bu cür qarayaxma kampaniyaların başlanmasına start verib. Və Avropa Parlamentini təmsil edən bir deputat üçün öz vicdanının yox, hansısa ədalətsiz ünsürlərin səsinə səs verməsi ona heç də baş ucalığı gətirmir.

Natali Luazonun absurd fikirləri sadəcə ironiya doğurur. Bu kimi əməllər nə ona, nə də Avropanın siyasətinə yaraşmır. Hesab edirəm ki, heç bir fakta əsaslanmayan, uydurma və ləkələmə niyyəti güdən bu cür sayıqlamalara qarşıda daha tutarlı və layiqli cavab veriləcəkdir.

Kamran Bayramov 
Milli Məclisin deputatı

Избранный
16
18
modern.az

10Источники