RU

Azərbaycan Kubokunda yeni mövsüm bu gün başlayır

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək.

Rekord.az xəbər verir ki, ilk olaraq 1-ci təsnifat mərhələsinin iki oyunu baş tutacaq.

2-ci Liqa təmsilçilərindən “Şahdağ Qusar”la “Kür-Araz” üz-üzə gələcəklər. Şamaxı Olimpiya İdman Kompleksinin stadionundakı matç saat 14:00-da start götürəcək.

Günün digər qarşılaşmasında “Şəfa” – “Saatlı-Araz” kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. "ASK Arena"dakı oyun saat 16:30-da başlayacaq.

Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi

12 oktyabr

14:00. “Şahdağ Qusar” – “Kür-Araz”
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Mirnihat Seyidov, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

16:30. “Şəfa” – “Saatlı-Araz”
Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Nurlan Əhmədzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Gülağa Cabarov.
"ASK Arena".

Избранный
6
50
rekord.az

10Источники