Demokrat.az xəbər verir ki, bu barədə Milli Məclisin yaydığı məlumatında bildirilib.
Qeyd edilib ki, yalan və saxta məlumatlar üzərində qurulan bu qətnamələr heç də sülhə, sabitliyə və konstruktiv dialoqa kömək göstərmir, əksinə, yaxın tarixə və bu günümüzə aid faktları, beynəlxalq hüquq normalarını və prinsiplərini, regionda qalmaqda olan çağırışları gözardı edən qeyri-obyektiv və birtərəfli yanaşmanı ortaya qoyur.
Milli Məclis daha sonra bəyan edib:
“Azərbaycan ərazisində ağır cinayətlər törətməkdə, o cümlədən terrorizm, separatizm, qəsdən adam öldürmə əməllərində və beynəlxalq humanitar hüququn digər ağır pozuntularında təqsirləndirilən şəxslərin “erməni hərbi əsirləri” kimi qələmə verilərək azadlığa buraxılmasının tələb edilməsi qanunun aliliyi prinsipinə açıq hörmətsizlikdən başqa bir şey deyildir və terrorizmin kökünün kəsilməsi, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi səylərini sarsıdır.
Erməni mədəni irsinin guya talan edilməsi barədə saxta ittihamların irəli sürülməsi isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə xalqımızın mədəni, dini və tarixi sərvətlərinin dağıdılmasına və mənimsənilməsinə göz yumulması və bunların ört-basdır edilməsi kampaniyasının tərkib hissəsi və davamıdır. Azərbaycan mədəni irsinin sistemli şəkildə məhv edilməsinə səssiz qalan Niderland Parlamenti Nümayəndələr Palatasının Azərbaycana qarşı həyata keçirdiyi növbəti ədalətsiz siyasi aksiya dərin təəssüf doğurur.
Azərbaycan Respublikasının Milli Məclisi bunu da bildirməyi zəruri sayır ki, sözü gedən qərəzli qətnamələrin Niderlandın xarici işlər naziri Kaspar Veldkamp tərəfindən rəğbətlə qaşılanması və müdafiə edilməsi Niderland hökumətinin Cənubi Qafqaz dövlətləri barəsində siyasətində seçmə yanaşmaya əsaslandığını nümayiş etdirir, doğma yurdları işğal edilmiş, etnik təmizləməyə, insanlıq əleyhinə cinayətlərə, o cümlədən soyqırımı aktlarına məruz qoyulmuş azərbaycanlıların əzablarını etiraf etmək əvəzinə Ermənistan Respublikasının Azərbaycana qarşı ərazi iddialarına etinasızlıq göstərilməsindən və bu iddiaların üstüörtlü şəkildə dəstəklənməsindən ibarət olan dövlət siyasəti yeritdiyini bir daha açığa çıxarır.
Əslində, bu bizim üçün təəccüblü deyildir. Niderlandın müstəmləkəçilik keçmişi Asiya, Afrika və Amerikanın çoxsaylı xalqlarının əsarət altına alınması və istismar edilməsi, onlara qarşı törədilən cinayət faktları ilə zəngindir. Müstəmləkə imperiyasını qəddar taktikanın köməyi ilə genişləndirən Niderland həmişə mənfəəti insan hüquqlarından üstün tutmuşdur. Niderlandın inkişafında müstəmləkə əsarətində olan ölkələrin milli sərvətlərinin talan edilməsinin böyük payı olmuşdur. Bu gün də dünyanın müxtəlif xalqlarını asılı vəziyyətdə saxlayan Niderlandın öz müstəmləkəçilik tarixinin ağır nəticələrinin aradan qaldırılmasına səy göstərdiyini bəyan etməsi riyakarlıq kimi qiymətləndirilməlidir.
10Источники
-
xalqqazeti.azMilli Məclis Niderland parlamentinin qətnamələrini rədd edib və pisləyib ( 11959588)
-
qaziler.azMM-dən Niderlanda etiraz: Açıq hörmətsizlikdir! ( 11952310)
-
baki-xeber.comMilli Məclis Niderland Parlamentinə bu ölkənin üz qızardan keçmişinı xatırlatdı... ( 11952073)
-
azpolitika.infoMilli Məclis Niderlandın Azərbaycana qarşı qətnaməsini pisləyib ( 11950909)
-
hurriyyet.azMilli Məclisdən Niderlanda SƏRT ETİRAZ ( 11949949)
-
adalet.azMilli Məclisdən Niderland parlamentinə ETİRAZ ( 11949376)
-
teleqraf.comMilli Məclisdən Niderlandın Azərbaycana qarşı qətnaməsinə - Reaksiya ( 11949343)
-
demokrat.azMilli Məclisdən Niderland parlamentinə etiraz ( 11949160)
-
sherg.azMilli Məclis Niderlandın Azərbaycana qarşı qətnaməsini pisləyib ( 11949016)
-
newscenter.azMilli Məclisdən Niderland Krallığı Parlamenti Nümayəndələr Palatasının qətnaməsinə etiraz ( 11948914)