RU

İran Trampı öldürmək üçün hərəkətə keçdi: Siyahıda onların da adı var

İran ABŞ prezidentliyinə namizəd Donald Trampı öldürmək üçün “aktiv və aqressiv” cəhdlər edir.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşri adı açıqlanmayan rəsmilərə istinadən yazıb.

Məqalədə həmçinin bildirilir ki, İran 2020-ci il yanvarın 3-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general-leytenant Qasım Süleymaninin məhv edilməsində iştirak edən daha bir neçə yüksək rütbəli keçmiş amerikalı məmurları öldürməyi hədəfləyir.

Amerikalı jurnalistlərin qeyd etdiyi kimi, İranın Trampı və keçmiş məmurları öldürmək cəhdləri “əvvəllər bildiriləndən daha aktiv və aqressivdir”.

ABŞ-ın keçmiş qanunvericiləri, Məxfi Xidmət agentləri və yüksək vəzifəli məmurlar İranın onları hakerlərlə hədəfə aldığını və onlara və ailə üzvlərinə rəqəmsal casusluq etməyə cəhd etdiyini bildiriblər. Bundan əlavə, şübhəli iranlı əməliyyatçılar ABŞ rəsmisini xaricdə olarkən izləməyə cəhd ediblər.

Избранный
29
publika.az

1Источники