Hizbullah İsrail ordusunun şimalda yerləşən qərargahına raket zərbəsi endirib.
Axar.az xəbər verir ki, bu barədə "Əl-Mayadin" kanalı məlumat yayıb.
Bildirilib ki, qərargah Safed şəhərində yerləşir.
Telekanalın məlumatına görə, vurulan qərargah İsrailin şimalında yerləşən bölmələrinə rəhbərlik edir.
Məlumatla bağlı İsrail tərəfdən heç bir açıqlama verilməyib.