RU

Qəbələdə avtomobil doqquz yaşlı uşağı vuraraq öldürüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qəbələdə avtomobil doqquz yaşlı uşağı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, oktyabrın 12-də saat 16 radələrində Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Aydınqışlaq kəndi ərazisindən keçən hissəsində Təbib Təbibov idarə etdiyi "Volkswagen" markalı avtomobillə yolu keçən piyada, 2015-ci il təvəllüdlü H.İsmayılovu vurub.
Uşaq aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb.
Избранный
38
50
oxu.az

10Источники