RU

Norveçin qanunsuz balina ovu: "yaşıl" maskalı ikiüzlülük

Norveç haqqında düşünəndə göz önünə təmiz fiyordlar, küləkelektrik stansiyaları və ekoloji liderlik gəlir. Ancaq bu imicinarxasında qaranlıq bir reallıq gizlənir: dayanıqlı inkişafasadiqliyi ilə tanınan ölkə, balina ovuna qarşı beynəlxalq qadağanıən çox pozan dövlətlərdən biridir. Ekoloqların çağırışlarına vəöhdəliklərinə baxmayaraq, Norveç balinaları ovlamağa davam edir vədiplomatik təzyiqlər vasitəsilə bu barbar fəaliyyətiniqanuniləşdirməyə çalışır.

Üstəlik, Norveçin baş naziri Yonas Qar Störeninnoyabrda Bakıda keçiriləcək COP29 konfransında iştirakdan imtinasısuallar doğurur. Neft və qaz sahəsində dünyanın ən iriistehsalçılarından biri olan Norveç enerji və ekoloji siyasətdəmühüm rol oynayır. Belə bir əhəmiyyətli beynəlxalq iqlim sammitindəiştirakdan imtina etmək, ən azından, mübahisəli görünür.

Qadağanın pozulması və beynəlxalq diplomatiyadamanipulyasiyalar

1986-cı ildə Beynəlxalq Balina Ovçuluğuna NəzarətKomissiyası (IWC) balinaların kommersiya məqsədiləovlanmasına moratorium tətbiq etdi. Lakin Norveç rəsmi “qorunmabəyannaməsi” verərək bu qadağadan yan keçməyi bacardı və ovunudavam etdirdi.

2000-ci ildən bəri Norveç balina ovu ilə məşğul olanlar14,000-dən çox balinanı məhv edib və bu, ölkəni dünyada ən çoxbalina ovlayan dövlətə çevirib. 2023-cü ildə isə Norveç son 7 ildəən yüksək göstərici ilə 580 kiçik zolaqlı balina (Minkewhale) ovladı. Ancaq ən dəhşətli fakt odur ki, öldürülənbalinaların 92%-i boğaz dişilərdir, bu da populyasiyaların bərpasıüçün fəlakətli nəticələrə səbəb olur.

Ənənələrlə pərdələnmiş cinayət

Norveç bu fəaliyyəti guya qədim ənənələrlə və iqtisadi zərurətləəsaslandırır, balina ətinin milli mədəniyyətin bir hissəsi olduğunuiddia edir. Reallıq tam başqadır. Greenpeace-in məlumatlarına görə,ovlanmış balinaların 60%-dən çoxu Yaponiyaya ixrac edilir, çünkiorada hələ də balina məhsullarına tələbat var. Norveçdə isə balinaətinə maraq sürətlə azalır, mağazalar satışları dayandırır vətutulan balinaların böyük bir hissəsi ya heyvan yemi üçün istifadəolunur, ya da tullantıya çevrilir.

Ov həcmini azaltmaq əvəzinə, hökumət sənayeni subsidiyalaşdırır.2022-ci ildə Norveç hökuməti balina ovu sektoruna 10 milyon avrodəstək ayırdı ki, bu da sənayeni dövlət yardımlarından asılıvəziyyətə salır. Environmental Investigation Agency(EIA) hesabatlarına əsasən, şirkətlərin gəlirlərinin 30%-iməhz subsidiyalar və vergi güzəştləri sayəsində formalaşır.

Dünyaya meydan oxuma: Lobbiçilikfəaliyyətdədir

Norveç təkcə IWC-nin moratoriumunu görməzdən gəlmir, eynizamanda, maraqlarını diplomatik səviyyədə fəal şəkildəlobbiləşdirir. Ölkə, inkişaf etməkdə olan ölkələrə maliyyə yardımıgöstərərək bu yardımları beynəlxalq forumlarda səs dəstəyini almaqüçün təzyiq rıçaqı kimi istifadə edir. 2019-cu ildə Norveç hökumətiAfrika və Karib hövzəsi ölkələrinə qrantlar şəklində 4 milyondollar ayırdı, bununla onların beynəlxalq toplantılarda özmövqelərinə dəstək göstərməsini təmin etməyə çalışdı.

Sea Shepherd təşkilatının təsisçisi Pol Votsondeyir: “Norveç ikili oyun oynayır: dəstəyi satın alır və dənizekosistemlərinin qorunmasına yönəlmiş qlobal səyləri sarsıdır.Onların diplomatiyası prinsiplər üzərində deyil, sövdələşmələrüzərində qurulub.”

Ekoloji fəlakət: Okean ekosistemlərininməhvi

Balinaların məhv edilməsi təkcə bəzi növlər üçün deyil, bütündəniz ekosistemləri üçün ciddi nəticələrə səbəb olur.Marine Policy Journal jurnalında dərcolunmuş araşdırmaya görə, balinalar okeanda qida maddələrinindövriyyəsində əsas rol oynayır. Onların fəaliyyəti fitoplanktonunbiokütləsini artırır ki, bu da karbon qazını udur və atmosferdəoksigen səviyyəsini dəstəkləyir.

Ekoloqlar xəbərdarlıq edir ki, balinaların sayının azalmasıokeanlardakı qida zəncirinə ciddi təhdid yaradır və balıqpopulyasiyalarında tarazlığın pozulmasına səbəb ola bilər, bu isədünya balıqçılığına mənfi təsir edəcək. WWF-inhesabatında vurğulanır ki, Norveçin fəaliyyəti BMT-nin Dayanıqlıİnkişaf Məqsədlərinə ziddir və biomüxtəlifliyi təhlükə altınaqoyur.

Beynəlxalq Balina Ovçuluq Komissiyasının (BBOK)rolu

1946-cı ildə qəbul edilmiş Balina Ovçuluğunun TənzimlənməsiKonvensiyasının müddəalarını həyata keçirmək üçünBeynəlxalq Balina Ovçuluq Komissiyası (BBOK)yaradılıb. Komissiyanın əsas məqsədi balina populyasiyalarınınqorunması üçün ovun tənzimlənməsi və məhdudlaşdırılmasıdır. AncaqBBOK-un qərarları yalnız tövsiyə xarakteri daşıyır və iştirakçıölkələr rəsmi etiraz bəyanatları verərək bu qərarlardan qanunişəkildə yayınmaq hüququna malikdirlər.

1982-ci ildə qəbul edilmiş kommersiya məqsədli ov moratoriumu,balina populyasiyalarının təhlükəsiz səviyyəyə çatdırılması üçünmüvəqqəti tədbir kimi nəzərdə tutulmuşdu. Gözlənilirdi ki, ölkələrpopulyasiyalar bərpa olunana qədər ovu dayandıracaqlar. LakinNorveç bu moratoriuma qarşı çıxaraq iqtisadi və mədəni səbəbləriəsas gətirərək etiraz bəyanatı verdi.

1993-cü ildə BBOK-un Elmi Komitəsi şimal Atlantik zolaqlıbalinalarının sayının 87,500-ə çatdığını bəyan etdikdən sonraNorveç rəsmi olaraq kommersiya məqsədli ovunu bərpa etdi. Sonrakıillərdə Norveçin Balıqçılıq Nazirliyi illikkvotalar müəyyənləşdirdi və 2010-cu ilə qədər bu kvotalar ildə1,286 balinaya çatdı. Lakin faktiki ov həcmi hər il təxminən500–600 balina səviyyəsində qaldı ki, bu da hökumətin fikrincə,populyasiyanın davamlılığına təhlükə yaratmır.

Tutulur və Yaponiyaya satılır

Balina məhsullarının böyük hissəsi Yaponiyaya ixrac edilir,Norveç daxilində balina ətinə tələbat isə olduqca azdır. Bu fakt,balina ovunun əsasən kommersiya xarakteri daşıdığını aydın şəkildəgöstərir.

Norveçin kommersiya məqsədli ovu 1988-1994-cü illərdə müvəqqətiolaraq dayandırmasına baxmayaraq, ölkə balinaları guya “elmitədqiqatlar” adı altında ovlamağa davam etdi. Norveç bu dövrdəKomissiyadan "xüsusi icazələr" alaraq hər il 289 balina ovladı.Ancaq bu sayın elmi əsaslarla izah edilməsi ciddi şübhələrdoğururdu. BBOK-un bir neçə qətnaməsində bu fəaliyyətin müəyyənedilmiş standartlara uyğun olmadığı və əslində kommersiya məqsədliovun ört-basdır edilməsi olduğu qeyd edilmişdi.

1993-cü ildə Norveç belə icazələri almağı dayandırdı və bu,ölkənin tammiqyaslı kommersiya ovunu bərpa etməsi ilə üst-üstədüşdü. BBOK-un reaksiyası çox sərt oldu: 1994, 1995 və 1997-ciillərdə qəbul edilmiş qətnamələr Norveçin birtərəfli hərəkətlərinipislədi və ovu dərhal dayandırmağa çağırdı. Lakin Komissiyanınqərarlarının yalnız tövsiyə xarakteri daşıması Norveçə bu tələblərihüquqi nəticələr olmadan görməzdən gəlmək imkanı verdi.

NAMMCO: Norveçin maraqlarını qorumaq üçün yeniplatforma

1991-ci ildə Norveç, İslandiya, Qrenlandiya və Farer adaları iləbirlikdə Şimal Atlantika Dəniz Məməliləri Komissiyasını(NAMMCO) təsis etdi. Bu təşkilat, Norveçin yanaşmasınauyğun olaraq, davamlı və tənzimlənən balina ovunu dəstəkləyir.NAMMCO Norveç üçün əlverişli platformaya çevrildi, çünki buradaBBOK-da mövcud olan məhdudiyyətlər olmadan öz maraqlarını irəlisürə bildi.

Norveçin NAMMCO-ya verdiyi maliyyə dəstəyi də onunprioritetlərini əks etdirir. 2016-cı ildə ölkə bu təşkilatlaəməkdaşlığı gücləndirmək üçün 264 min dollar ayırdı, halbuki BBOK-aödənilən üzvlük haqqı cəmi 80 min dollar idi. Bu balanssızlıq,Norveçin daha loyal strukturlar vasitəsilə mövqelərinimöhkəmləndirmək istəyini göstərir.

Beynəlxalq mexanizmlərin zəifliyi və Norveçiniştahı

1946-cı il Konvensiyası çərçivəsində BBOK-un qərarlarına əməlolunmasını təmin etmək üçün effektiv sanksiya mexanizmləri mövcuddeyil. Nəticədə Norveç, Komissiyanın qərarlarına qarşı rəsmietirazlarını əsas gətirərək balina ovunu davam etdirə bilirdi.

Norveç təkcə BBOK-un tövsiyələrini görməzdən gəlməkləkifayətlənməyib, həm də yeni mexanizmlərin hazırlanmasında fəaliştirak edib. Məsələn, “Yenidən Baxılmış İstismarQaydaları” (RMP) adlanan yeni alət qəbul edildi. Bu qayda,moratoriumu rədd edən ölkələr üçün kvotaların müəyyən edilməsininəzərdə tuturdu. Norveç isə bu imkandan istifadə edərək özmaraqlarını daha da irəli sürdü.

Təzyiqlər, şikayətlər və laqeydlik

Avropa İttifaqının dəfələrlə Norveçi pisləməsinə vəmüraciətlərinə baxmayaraq, Norveç balina ovunu davam etdirir vəbunu milli suverenlik prinsipi ilə əsaslandırır. 2023-cü ildə 19ekoloji təşkilatdan ibarət koalisiya Avropa İnsan HaqlarıMəhkəməsinə şikayət verərək, Norveçi ətraf mühitin mühafizəsihüququnu pozmaqda ittiham etdi. Norveç hökumətinin rəsmi reaksiyasıisə sakit oldu:
"Balina ovu mədəniyyətimizin bir hissəsidir və biz bu hüququqorumaqda davam edəcəyik," — hökumət nümayəndəsi bəyanetdi.

Siyasətçilər və ekoloji fəallar isə Oslonun ikiüzlülüyünə diqqətçəkirlər.

Britaniyalı ekoloq Robert Ricveyn deyir:"Öz adını dayanıqlı inkişafla bağlayan bir ölkə əslində okeanfaunasını məhv etməyi maliyyələşdirir və təşviq edir. Bu, ParisSazişində təsbit olunmuş bütün prinsiplərin kobud şəkildəpozulmasıdır."

Sözlər yox, real hərəkətlər lazımdır

Norveç nümunəsi ekoloji siyasətdə ikiüzlülüyü və ikilistandartları açıq şəkildə göstərir. Özünü "yaşıl" lider kimi təqdimedən bu ölkə, əslində balinaları məhv edərək iqtisadi mənfəətitəbiətin qorunmasından üstün tutur.

Fəlakətin qarşısını almaq üçün dünya ictimaiyyəti tədbirlərisərtləşdirməli və Norveçə təzyiq göstərərək onu balina ovundanimtinaya məcbur etməlidir.

Amerikalı ekoloq Ceyms Larson bu barədə belədeyir: "Təbiətin qorunması yalnız yüksək bəyanatlarla deyil,real hərəkətlərlə mümkündür. Norveç artıq ekoloji lider imici iləbarbar fəaliyyətlər arasında seçim etməlidir."

COP29 sammiti ilə bağlı ikiüzlülük

Hələ 2024-cü ilin iyununda Norveçin beynəlxalq inkişaf naziriAnne Beate Tvinnereym Osloda iqlim həllərinintəşviqi məqsədilə işgüzar nahar təşkil etdi. Bu tədbirdə iştirakedən Azərbaycan səfiri Zaur Əhmədov COP29sammitinə hazırlıq və kənd təsərrüfatında səmərəliliyinartırılmasına yönəlmiş "Harmoniya" layihəsi barədə müzakirələrapardı.

İyul ayında Oksfordda keçirilən Avropa Siyasi Birliyi sammitindəisə Norveçin Baş naziri Yonas Qar Störe COP29-u"ekoloji gündəlikdə mühüm mərhələ" adlandırdı və Norveçinbu prosesdə fəal iştirak edəcəyini vurğuladı. Lakin bir neçə aysonra Störenin Bakıya səfərdən imtinası bu bəyanatlarla ziddiyyəttəşkil edir.

Sentyabr ayında Norveç və digər Şimali Avropa ölkələriAzərbaycanda "NORDIC TALKS: The Nordic GreenModel" layihəsinə start verdilər. Layihə çərçivəsindəekspertlər və diplomatlar yaşıl enerjiyə keçid təcrübələrinibölüşdülər və dayanıqlılıqla bağlı müzakirələr apardılar. Bütün bufəaliyyətlər fonunda Störenin COP29-da iştirakdan imtinası daha daməntiqsiz görünür.

Hətta Norveçin işgüzar dairələri də COP29-a qatılmağahazırlaşırdılar. Businessnorway.com saytı Norveçin iqlimhəllərinin təşviqi məqsədilə Innovation Norway tərəfindəntəşkil edilən biznes nümayəndə heyətinin anonsunu yayımladı. Butəşəbbüs COP29 kimi platformalarda əməkdaşlıq və təcrübəmübadiləsinin əhəmiyyətini vurğulayaraq ölkənin innovativnailiyyətlərini nümayiş etdirməyi hədəfləyirdi.

Bununla belə, baş nazirin səfərdən imtinası gizli motivlərəişarə edir. COP29 öncəsi Norveç və Cənubi Afrika diplomatlarınıngörüşləri qeyri-rəsmi danışıqlara hazırlıq məqsədi daşısa da,Störenin olmaması bu qərarın arxasında siyasi səbəblərin dayandığıehtimalını artırır.

Enerji prioritetləri və iqlim öhdəlikləriarasında

Norveçin iqtisadi uğurunun əsasını neft və qaz təşkil edir ki,bunlar ölkənin ÜDM-nin 20%-dən çoxunu və ixrac gəlirlərinintəxminən 50%-ni əhatə edir. Ekoloji öhdəliklərə baxmayaraq, Osloneft və qaz hasilatını inkişaf etdirməkdə davam edir və Barensdənizi ilə Arktikada yeni layihələr həyata keçirir. 2024-cü ilinəvvəlində hökumət hətta ekoloqların etirazlarına məhəl qoymadansənaye tullantılarının fiyordlara axıdılmasına icazə verdi.

Bu iqtisadi maraqlarla yaşıl ritorika arasında balans ciddisuallar doğurur. Norveç dəfələrlə Paris Sazişinə sadiqliyini bəyanetsə də, ölkədə istixana qazı emissiyaları azalmır. Məsələn,2018-ci il məlumatları göstərir ki, atmosferə buraxılan tullantılarəvvəlki illə müqayisədə artaraq təxminən 53 milyon tona çatıb.

Baş nazir Yonas Qar Störenin COP29 sammitində iştirakdanimtinası siyasi maraqların təsiri ilə atılmış addım kimiqiymətləndirilə bilər. Ola bilsin, Norveç hökuməti iqlim fondlarıqarşısında maliyyə öhdəliklərindən qaçmağa çalışır. Lakin beləqərarlar Oslo üçün ciddi reputasiya itkilərinə səbəb ola bilər.İqlim dəyişikliyi ilə mübarizə qlobal həmrəylik və kollektivsəyləri tələb edir, belə bir sammitdən imtina isə geriyə doğruaddım kimi görünür.

Norveçin uzunmüddətli perspektivdə riskləri

Uzun müddət ərzində Norveç itirən tərəf ola bilər. İqlimdəyişiklikləri hər bir ölkəyə təsir göstərir və hər ötürülən sammitdaha dayanıqlı gələcəyə doğru atılmayan bir addımdır. Əgər NorveçCOP29-da iştirakdan imtina etməklə məsuliyyətdən yayınmaqniyyətindədirsə, bu qərarın nəticələri onun üçün gözlənilən maliyyəxərclərindən daha ciddi ola bilər.

Azərbaycan: Neft-qaz dövlətinin ekolojiliderliyi

Neft və qaz sektoru ilə tanınan Azərbaycan ətraf mühitinmühafizəsinə ciddi yanaşma nümayiş etdirir. Beynəlxalq ekspertlərinfikrincə, Azərbaycan COP29 sammitini təşkil edərək qlobal ekolojigündəliyə sadiqliyini göstərdi. Sammitin yüksək səviyyədə vəşəffaflıqla təşkil olunması ölkənin ekoloji diplomatiyada nümunəviyanaşmasını təsdiqləyir.

İqlim diplomatiyası siyasətdən kənarolmalıdır

COP29 kimi sammitlər iqlim dəyişikliyi ilə mübarizədə dünyaliderlərini bir araya gətirmək məqsədi daşıyır. Ancaq iqlimgündəliyinin siyasiləşdirilməsi qlobal səyləri zəiflətmək təhlükəsiyaradır. Ekologiya məsələləri geosiyasi oyunlarda təzyiq vasitəsinəçevrilməyəcək qədər əhəmiyyətlidir. Norveçin sammitdə iştirakdanimtinası isə beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqidə məruzqala bilər.

Избранный
42
5
az.trend.az

6Источники