RU

Almaniya mətbuatı: “Yurgen Klopp şeytanla əhd bağladı”

Almaniya mətbuatı məşhur alman mütəxəssis Yurgen Klopu “Red Bull”la əməkdaşlığı müqabilində kəskin tənqid atəşinə tutub.

Arena.az xatırladır ki, oktyabrın 9-da Klopp “Red Bull”un futbol əməliyyatları üzrə dünyəvi rəhbəri vəzifəsinə təyinatını rəsmiləşdirib.

Xüsusilə “T-online.de” və “Der Spiegel” dərgiləri tərəfindən alman mütəxəssisin ünvanına tənqidi məqalələr dərc edilib:

T-online.de”: “Klopp bir neçə saniyə ərzində öz abidəsini uçurub məhv etdi. “Red Bull” ilə müqavilə imzalamaq onun müdafiə edib keşiyində durduğu hər şeyi alt-üst edir. Azarkeşlərin gözündə Klopp şeytanla müqavilə bağlayır. Yurgen özünü satdı və özünün şübhəsiz dürüstlüyünü göyərtədən atdı və yəqin ki, bunu çoxlu pul müqabilində etdi. Onun alman futbolunda cəlbedici şəxsiyyət kimi siması indi ciddi surətdə zədələnib”.

Der Spiegel”: “Klopp, “Liverpul”da özünü “Adi” kimi təcəssüm etdirərək, “Xüsusi” Mourinyodan fərqli olaraq, özünə hörməti sövq etdirirdi. Bu gün çoxları onun pulun arxasınca getməyə qərar verdiyinə inanır. Bu xəbər azarkeşlərin böyük narahatlığına səbəb olub”.

Alman mütəxəssis yanvarın 1-dən “Red Bull” şəbəkəsində futbol əməliyyatlarının qlobal rəhbəri vəzifəsində işinə başlayacaq. Klopp “Leypsiq”, “Zalsburq”, “Nyu-York” klublarının, həmçinin Braziliya və Yaponiyadakı iki komandanın inkişaf strategiyasına cavabdeh olacaq.

Klopun illik qazancının 10-12 milyon avro məbləğ civarında olacağı bildirilir. Alman mütəxəssislə uzunmüddətli müqavilə bağlandığı vurğulanır.

Klopun Almaniya yığmasının baş məşqçisi vəzifəsinə dəvət ediləcəyi təqdirdə, alman mütəxəssisin öz müqaviləsinə xitam vermək hüququna malik olduğu da nəzərdə tutulub.

Yurgen Klopp daha öncə “Liverpul”da, Dortmund “Borussiya”sında və “Maynts”da, həmçinin Frankfurt “Ayntraxt”ının gənclərdən ibarət komandasında baş məşqçi olub.

Избранный
35
arena.az

1Источники