RU

Son məlumat- Hacıqabul sakinləri evlərindən təxliyyə edildi-Video

İntensiv yağan yağışlar nəticəsində Hacıqabul şəhərinin bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bu haqda XALQ.AZ-a FHN-dən bildirilib.

Qeyd olunub ki, məlumatlarla əlaqədar FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Hazırda Nazirliyin qüvvələri tərəfindən subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, bəzi köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Hacıqabulda leysan nəticəsində 300-dən çox evi su basıb.Yağış rayonda bir sıra fəsadlar törədib.

Rayon mərkəzi də daxil olmaqla, Qızılburun, Atbulaq, Qubalı-Baloğlan, Pisaat, Nəvahi kəndləri ciddi zərər çəkib.

 

Избранный
70
13
xalq.az

10Источники