RU

Azərbaycan Kubokunda ilk mərhələ həyəcanı davam edir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutacaq.

“Şimal” “Qusar”ı, “Lerik” “Ağdaş”ı, “Şəki Siti” isə “Şəmkir”i qəbul edəcək. Günün sonuncu oyunu “Göygöl”lə “Hypers Quba” arasında baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda ilk təsnifat mərhələsinin oyunlarına sabah – oktyabrın 14-də yekun vurulacaq.

Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
12 oktyabr

“Şahdağ Qusar” – “Kür-Araz” 3:1
Qollar: Famil Camalov, 73; 77. Emin Quliyev, 79 – Nodar Məmmədov, 8.
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Mirnihat Seyidov, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 14:00.

“Şəfa” – “Saatlı-Araz” 2:0
Qollar: Elvin Nəsibov, 9. Elçin Rəhimli, 34.
Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Nurlan Əhmədzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “ASK Arena”. 16:30.

13 oktyabr

“Şimal” – “Qusar”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Samir Qaracayev, Emin Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Siyəzən şəhər stadionu. 14:00.

“Lerik” – “Ağdaş”
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Zakir Şükürzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu. 14:00.

“Şəki Siti” – “Şəmkir”
Hakimlər: Vüqar Həsənli, Anar Bədəlov, Aydın Bəxşiyev, Niyaz Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Şəki şəhər stadionu. 14:00.

“Göygöl” – “Hypers Quba”
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Asif Abdullayev, Nazim Süleymanov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu. 15:00.

14 oktyabr

“Dinamo” – “Füzuli”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: İmanxan Sultani.
Bakı. “Neftçi” Futbol Mərkəzi. 13:30.

Избранный
11
3
arena.az

6Источники