İsrailin İrana gözlənilən hücumu ərəfəsində məlum olub ki, üç ərəb ölkəsi İsrailin öz hava məkanından İrana hücum etmək üçün istifadəsinə qarşıdır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə məlumatlı mənbələr CNN-ə bildiriblər . Məlumata görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər ABŞ-yə İsrailin İrana mümkün zərbə endirmək üçün öz hava məkanından istifadəyə icazə verməyəcəkləri barədə məlumat verib.
ABŞ də bu məlumatı İsrail rəsmilərinin diqqətinə çatdırıb.