Oktyabrın 13-də saat 09:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Aqasi Serojeviç Dəllakyanın meyiti aşkar edilib.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Onun aldığı güllə yarasından öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.