RU

"Volkswagen"dən yenilik - 8 yeni elektrik avtomobil gəlir

"Volkswagen"-in baş direktoru Tomas Şefer bildirib ki, Volkswagen markası 2027-ci ilə qədər səkkiz yeni ucuz elektrik avtomobil modelini təqdim edəcək.

Milli.Az lent.az-a istinadən bildirir ki, Şefer brendin elektrikli avtomobil bazarında yerini gücləndirmək üçün yeni hədəflərini açıqlayıb.

O 2027-ci ilə qədər bazara çıxarılacaq səkkiz yeni əlverişli elektrik avtomobil modeli ilə Volkswagen-in bazar payını yenidən qazanmağı planlaşdırdıqlarını ifadə etdi.

Bundan əlavə, o ID.2 modelinin inkişaf müddətinin 50 aydan 36 aya endiriləcəyini açıqlayıbı.

Bu strategiya Volkswagen-in elektromobil bazarında rəqabətli mövqe əldə etmək səylərinin bir hissəsi hesab olunur.

Xüsusilə sərfəli modellərin vurğulanması elektrik avtomobil texnologiyasının geniş kütlələrə yayılmasına töhfə verəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
35
1
milli.az

2Источники