RU

Toya gedən müğənni və prodüserin qəzaya düşdüyü yerdən görüntülər - VİDEO - FOTO (YENİLƏNİB)

Ötən gün müğənni və prodüserinin qəzaya düşməsi barədə məlumat vermişdik.

Bakıda toya gedən müğənni Şəlalə Nicat və onun prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.

33 yaşlı  Şəlalə Əlisar qızı Yağız (Şəlalə Nicat) idarə etdiyi "KİA" markalı avtomobili yoldan çıxararaq aşırıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri normaldır.

Avtosfer.az qəza baş verən yerdən görüntüləri təqdim edir:

 

**

Hacıqabul rayon Muğan qəsəbəsində baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, 1991-ci il təvəllüdlü (qadın cinsli) və 1996-ci il təvəllüdlü (kişi cinsli) şəxslərin hər birinə bədənin küt travması diaqnozu təyin edilib.
    Onların zəruri tibbi xidmətlər göstərilib.

    **

    Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.

    Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

    Müğənni Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb.

    Nəticədə sürücü və avtomobildə olan prodüser müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

    Qeyd edək ki, müğənni və onun prodüseri Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirlərmiş.

    Faktla bağlı araşdırma aparılır.

    Toya

    ToyaToyaToya

    Избранный
    45
    13
    avtosfer.az

    10Источники