Canlı yayım zamanı məşhur aparıcının oturduğu kreslo qırılıb – Video
Rusiyanın “Birinci Kanal” televiziyasında yayımlanan məşhur "Vremya" verilişinin efirində teleaparıcısı Yekaterina Andreevanın oturduğu kreslo canlı yayım zamanı qırılıb. Yeniavaz.comxəbər verir ki, kreslonun qırılmasına baxmayaraq Andreeva özünü yıxılmaqdan qoruyaraq, mətni oxumağa davam edib.