RU

Bakıda gənc oğlan bıçaqlanıb - Yenilənib

Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər xəsarət alıb...

Oktyabrın 12-də axşam saatlarında paytaxtın Binəqədi rayonu ərazisində 2007-ci təvəllüdlü M.Kərimovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə ilə bağlı təhqiqat araşdırması başlanılıb.

Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxsin və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür.

***

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Kərimov Məhəmməd Rövşən oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Poliqon.info

Избранный
2
11
poliqon.info

10Источники