RU

Louson: 30 nömrəsi mənim üçün xüsusi məna daşıyır

F-1.az xəbər verir ki, indi Faenza komandasına qayıdan və mövsümün qalan 6 yarışında Visa RB-də çıxış edəcək yenizelandiyalı sürücünün VCARB 01 bolidinin burun hissəsində 30 rəqəmi olacaq.

22 yaşlı sürücü azarkeşlərə bu seçimin səbəbini izah edib:

“Mən hələ 8 yaşımdan bu nömrə ilə çıxış edirəm. Bu mənim ilk start nömrəm deyildi – əvvəlcə 18 nömrəli bolidlə yarışırdım. Lakin kartinqdə debüt mövsümümdə elə bir komandaya keçdim ki, orada bir sürücü mənə himayədarlıq etməyə başladı və mənim üçün əsl qəhrəmana çevrildi.
Mən ondan nümunə götürürdüm və o, 30 nömrəli bolidlə çıxış edirdi. Buna görə də mən də eyni nömrəni seçməyə qərar verdim. O vaxtlar kartinqdə o mənə hər şeyi öyrətdi və mən də indi bu nömrəni saxlamağa üstünlük verdim. Hətta ona Formula1-də bizim bu nömrə ilə çıxış edəcəyimi deyəndə, o, hədsiz dərəcədə sevindi!”

Избранный
109
f-1.az

1Источники