RU

Keniyalı atlet Çepngetiç marafonda dünya rekordu vurub

Keniyalı yüngül atlet Rut Çepngetiç Çikaqo Marafonunun qalibi olub və yeni dünya rekorduna imza atıb.

İdmançı məsafəni 2 saat 9 dəqiqə 57 saniyəyə qət edib.

Əvvəlki rekord Efiopiya təmsilçisi Tiqist Assefeyə məxsus idi (2 saat 11 dəqiqə 52 saniyə), o, bu rekorda 2023-cü ildə Berlin Marafonunda imza atmışdı.

Çikaqo Marafonunda ikinci yeri efiopiyalı Sutume Kebede (7 dəqiqə 36 saniyə geridə), üçüncü yeri isə keniyalı İrin Çeptai (+7.56) tutub.

"Cebheinfo.az"

Избранный
34
4
cebheinfo.az

8Источники