RU

Avtodayanacaqda 5 avtomobil yandı - FOTO

Türkiyənin Ankara şəhərində avtodayanacaqda park edilmiş avtomobillər yanıb.

Avtosfer.az yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də Etimesqut səmtində baş verib.

Məlumata görə, yanğın bir avtomobildən başlayıb və sonra alov qısa müddətdə park edilmiş digər dörd avtomobilə keçib. Yanğında 5 avtomobil yararsız hala düşüb.

Ətrafdakıların çağırışı ilə hadisə yerinə polis və yanğınsöndürmə briqadaları gəib.

Xilasetmə qruplarının müdaxiləsi ilə yanğın qısa müddətdə nəzarətə götürülüb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

Ankara'da

Избранный
37
avtosfer.az

1Источники