RU

Şin Bet rəhbəri Qahirəyə gizli səfər etdi

İsrailin Baş Təhlükəsizlik Xidmətinin direktoru Ronen Bar gizli şəkildə Qahirəyə səfər edib və Misir kəşfiyyatının rəhbəri Abbas Kamel ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə “Walla” informasiya portalı məlumat yayıb.

“Xüsusi xidmət orqanlarının rəhbərləri arasında təmaslar zamanı digər məsələlərlə yanaşı, girovlarla bağlı danışıqların dalana dirənməsi də müzakirə olunub. Bar Yəhya Sinvarın Dohadakı təşkilat nümayəndələri vasitəsilə həm Qətər, həm də Misir vasitəçilərilə təmaslarını bərpa etməsi fonunda həmkarı ilə girov danışıqlarının davam etdirilməsi yollarından da danışıb. Şin Bet rəhbəri həmçinin misirli həmkarı ilə iki ay əvvəl İsrail və Misir arasında münasibətlərə kölgə salan Rəfah keçidinin bağlanmasından sonra yaranmış böhranın həlli yollarını da müzakirə edib”, - səfərin məzmunu ilə tanış olan mənbə bildirib.

Избранный
54
1
axar.az

2Источники