RU

Üzgüçülük üzrə millimiz təlim-məşq toplanışı keçir (FOTO)

Bakı. Trend:

Üzgüçülük üzrə Azərbaycan yığma komandası Mingəçevir KürOlimpiya İdman Kompleksində təlim-məşq toplanışı start götürüb.

Trend xəbərverir ki, oktyabr ayının 10-dan başlayaraq keçirilən hazırlıqlarda16 üzgüçü və 3 məşqçi iştirak edir. Komanda gündə iki dəfə olmaqlaməşqləri davam etdirirlər.

Yığma komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov federasiyanınrəsmi saytına verdiyi məlumata görə təlim məşq toplanışının məqsədiqarşıda gələn böyük miqyaslı yarışlara hazırlıqdır:

“Üzgüçülərimiz 23-31 oktyabr tarixlərində Bəhreyn Krallığındakeçiriləcək Ümumdünya məktəb şagirdləri arasında gimnaziyadagüclərini sınayacaqlar. Bundan başqa bu hazırlıqlar 27-30 noyabrtarixlərində Bakıda, Su İdman Sarayında Azərbaycan Açıq QışÇempionatında, dekabr ayında isə Macarıstanın Budapeşt şəhərindəkeçiriləcək Üzgüçülük üzrə Dünya çempionatına hazırlıq məqsədidaşıyır” deyə R. Əbdürrəhmanov əlavə edib.

Baş məşqçi bildirib ki, Ümumdünya məktəb şagirdləri arasındagimnaziyada ölkəmizi üzgüçülərdən Anastasiya Boborikina, TimurBeker, Süleyman Ismayılzadə, Orxan Əliyev və Oqtay Hüseynov təmsiledəcək.

Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin,Azərbaycan Üzgüçülük Federasiyanın dəstəyi və birgə təşkilatçılığıilə Üzgüçülük üzrə Azərbaycan yığma komandasının Mingəçevir KürOlimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışıoktyabrın 25-də yekunlaşacaq.

Üzgüçülük
Üzgüçülük
Üzgüçülük
Üzgüçülük
Üzgüçülük
Üzgüçülük
Üzgüçülük
Üzgüçülük
Üzgüçülük
Üzgüçülük
Üzgüçülük
Üzgüçülük
Üzgüçülük
Üzgüçülük
Üzgüçülük
Üzgüçülük
Избранный
34
az.trend.az

1Источники