RU

İnyesta Lamin Yamaldan danışdı - "Məktəb meydançasında oynayırmış kimi..."

"Barselona"nın sabiq futbolçusu Andres İnyesta 17 yaşlı Lamin Yamalın uğurlarından danışıb. 

Fanat.Az xəbər verir ki, "Barca Universal" İnyestanın dediklərini belə çatdırıb:

“Yamalın mühiti ona düzgün istiqamətdə hərəkət etməyə kömək etməlidir. Onun 17 yaşı var, bütün karyerası qarşıdadır və indi etməli olduğu şey məktəb meydançasında oynayırmış kimi eyni azadlıq hissi ilə futboldan həzz almağa davam etməkdir”.

Yamal böyüklər səviyyəsində ikinci mövsümünü keçirir, lakin artıq Kataloniya nəhənginin və İspaniya milli komandasının əsas oyunçusuna çevrilib. Gənc vinger bu mövsüm "Barselona"nın heyətində 11 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mirağa

Избранный
87
fanat.az

1Источники