RU

"Klopp məni evinə dəvət etdi, "Liverpul" şəxsi təyyarə göndərdi, şoka düşmüşdüm"

"Klopp məni evinə dəvət etdi. "Liverpul" şəxsi təyyarə göndərdi, şoka düşmüşdüm".

Fanat.Az xəbər verir ki, bu sözləri "Football Italia"ya açıqlamasında "İnter"in yarımmüdafiəçisi Pyotr Zelinski deyib.

Polşalı futbolçu "Udineze"də oynayarkən İngiltərə nəhənginin ona ciddi maraq göstərməsindən danışıb:

"İlk dəfə idi ki, şəxsi təyyarə ilə uçurdum. Uçuş başa çatandan sonra avtobusla Kloppun evinə getdik. Onun evində hər şey var idi. Söhbətimiz əla alındı. Klopp mənə dedi ki, Fabreqasla Gündoğanın qarışığıyam. Açığı, hər şeyi almanca danışan agentim tərcümə edirdi. Geri qayıdarkən Yürgemlə şəkil çəkdirdim".

Nihat

Избранный
30
fanat.az

1Источники