RU

"Mikrofonu Tatlısəsə uzatdım, mənimlə oxumadı" - Xalq artisti

Xalq artisti Alim Qasımov "İzzət şou"nun qonağı olub.

Bakıvaxtı.az xəbər verir ki, xanəndə türkiyəli müğənni İbrahim Tatlısəslə bağlı xatirəsini bölüşüb:

"Allah İbrahim Tatlısəsə şəfa versin. Amma bir dəfə onun məclisinə məni dəvət etmişdilər. Bir dəfə oxudum. Bilirəm ki, Tatlısəs də bunu oxuyur. "Çərşənbə günündə, çeşmə başında..." zümzümə edib, mikrofonu ona verdim. Mikrofona da elə gözəl səs vermişdilər. Dedim ki, onunla birgə oxuyum. Mənimlə oxumadı. Sonra ikinci dəfə mənə söz verdilər. O mikrofonu elə günə qoymuşdular. Oxumaq qalsın, danışmaq da olmurdu. Allah şəfa versin. Nəysə. Bütün qeybətləri etdim burada, Allah qeybətə yazmasın.

Bir dəfə də, cavan uşaq idim. Məclisə getmişdim. Bir dənə də böyük, tanınmış oxuyan gəlmişdi. Onun xəbəri olmadan mikarfonunu mənə verdilər. Ağzımı açan kimi ömrümdə də yaxşı mikrofonla oxumamışam, uçuram. Gördüm oxuyan məni görən kimi mikrafonu çəkdi. Bir şey ki, Allahdan verilib, onun qabağını ala bilməzsən".Axşam.az

Избранный
60
23
bakivaxti.az

10Источники