RU

Zurabişvili söz verdi: Müxalifət seçkilərdə qalib gəlsə, bütün Rusiyayönlü qanunları ləğv edəcək

Gürcüstan prezidenti Salome Zurabişvili müxalifətin seçkilərdə qalib gələcəyi təqdirdə bütün Rusiyayönlü qanunları ləğv edəcəyinə söz verib.

Qaynarinfo xəbər verir ki, prezident bu barədə Berlində "Bild" jurnalisti Nina Lopezə müashibəsində danışıb. 

Zurabişvili oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə bağlı danışarkən deyib: "Bu seçkilər qərar verəcək: ya Avropa, ya da qaranlıq, Rusiya-Sovet keçmişinə qayıdış".

Onun sözlərinə görə, hakim "Gürcü Arzusu" və onun yaradıcısı Bidzina İvanişvili artıq söz və müxalifət azadlığını məhdudlaşdıraraq Avropaya can atmır: "İvanişvili ölkəyə ziyan vurub, zəiflədib, təcrid edib. Avropa İttifaqına namizəd olmanın sevinci lazımsız qanunları irəli sürməklə məhv edilib".

Zurabişvili bu yaxınlarda qəbul edilmiş "xarici agentlər haqqında" qanunları və "LGBT təbliğatı"nın qadağan edilməsini tənqid edib. "Sadiq və qonaqpərvər gürcü xalqını hökumətlə qarışdırmaq olmaz. Ölkəmizdə turistləri hər zaman qarşılayırlar, onlar təhlükəsizdirlər", deyə prezident bildirib.

"Hər şey əldən getməyib".Mən gənclərdən, eləcə də ölkənin ucqar bölgələrində yaşayan gürcülərdən xahiş edirəm ki, seçkilərdə fəal iştirak etsinlər. Beləliklə, biz Gürcüstanı bir Avropa ölkəsi kimi qoruyaq və gənclərin gələcək miqrasiyasının qarşısını ala bilək", deyə Zurabişvili əlavə edib.

Zurabişvili Gürcüstanı Avropa kursuna qaytarmaq üçün 1 il müddətinə ekspert hökuməti formalaşdırmağa çağırır. "Avropayönümlü qüvvələr qalib gələrsə, mən bütün anti-Avropa qanunlarını ləğv edəcəyəm və Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar aparacağam”, o söz verib.

Aydın

Избранный
6
49
qaynarinfo.az

10Источники