RU

Oğuzda xarici ölkə vətəndaşları qəzaya DÜŞDÜ

Oğuz rayon ərazisində üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, avtomobil qəzası Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, Oğuz rayon sakininin idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sürücü və Səudiyyə Ərəbistanının iki vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 

Hadisə yerinə cəlb edilən Təcili Tibbi yardım briqadasının köməyi ilə yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Избранный
23
22
bizim.media

10Источники