Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini vəzifəsində çalışmış məşhur general Hüseyn Əlixanova ağır itki üz verib.
"Qafqazinfo” xəbər verir ki, onun qardaşı, tanınmış dramaturq, tərcüməçi və jurnalist Vaqif Əlixanlı vəfat edib.
81 yaşlı ədib ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, V.Əlixanlı sovet illərində uzun müddət Mədəniyyət Nazirliyində və AzTV-də müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə "Space”, ABBA, "Lider” və ANS TV-də baş redaktor vəzifəsində çalışıb. 2013-cü ildən 2021-ci ilədək Yazıçılar Birliyinin orqanı olan "Qobustan” incəsənət jurnalının baş redaktoru olub.