RU

Filippin Cənubi Çin dənizində Çinlə mübahisəli ərazidə vəziyyətin pisləşdiyini açıqladı

Filippin prezidenti kiçik Ferdinand Markosun sözlərinə görə, ölkəsi ilə Çin arasında ərazi mübahisəsi olan Cənubi Çin dənizi bölgəsində vəziyyət pisləşir. Çin Filippin sahillərinə yaxı olan atolllara və şollara maraq göstərir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Materialda bildirilir ki, Çini maraqlandıran bu atolllardan ən yaxını Filippin sahillərindən 111 kilometr (60 dəniz mili) aralıda yerləşir.

"Təəssüf ki, vəziyyətin yaxşılaşdığını deyə bilmərəm. Vəziyyət əvvəlkindən də pisdir”, deyə Filippin prezidenti kiçik Ferdinand Markos bildirib.

Agentlik qeyd edir ki, Çin demək olar bütün Cənubi Çin dənizini öz ərazisi hesab edir, Filippinin və digər dörd ölkənin bu su yolunun bir hissəsinə və ya hamısına dair iddialarını tanımaqdan imtina edir. Eyni zamanda, ÇXR BMT-nin dəstəyi ilə yaradılan arbitraj məhkəməsinin BMT-nin Dəniz Hüququ Konvensiyasına uyğun olaraq Çinin tarixi iddialarını etibarsız hesab edən nəticələrini rədd edib.

Filippin də öz növbəsində Çinə təslim olmaqdan imtina edir.

"Filippin özünün bir kvadrat qarışını heç bir xarici ölkəyə verməyəcək”, deyə Filippin prezidenti vurğulayıb.

"Associated Press"in məlumatına görə, Çin İkinci Tomas atolllunda təcrid olunmuş Filippin dəniz postunu bağladığı üçün ərazidə gərginlik getdikcə artır.

Keçən ay da Çin sahil mühafizə gəmisi və onu müşayiət edən gəmi mübahisəli sahil yaxınlığında Filippin sahil mühafizə gəmisi və hərbi təchizat gəmisi ilə toqquşub. Çin Filippin gəmilərini Çin sularına "icazəsiz" keçməkdə ittiham edib.

Nizami Bağırov
Избранный
319
8
Источники
Комментарий ()
Закрывать