RU

Romada 1 milyard avroluq tullantıları enerjiyə çevirən zavod tikiləcək

İtaliyanın paytaxtı Romada tullantıları elektrik enerjisinə çevirən zavod inşa olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Roma meri Roberto Qualtieri bildirib.

O qeyd edib ki, stansiya 65 meqavat elektrik enerjisi istehsal edəcək və 200 min ailənin ehtiyacını ödəyəcək. Zavodun tikintisinə 2025-ci ilin birinci rübündə başlanacaq və işlər 2027-ci ildə yekunlaşacaq. Layihəyə istixana, ekoloji piyada keçidi, təhsil və kovorkinq (birgə iş konsepsiyası) məkanları olan dairəvi resurslar marşrutu, yüksək səviyyəli yenidənqurma və köməkçi zavodlar daxildir.

Layihənin ekoloji keçidə töhfə verəcəyini bildirən Roberto Qualtieri zavodun Avropa standartlarından üstün və ekoloji baxımından çox təkmil olacağını qeyd edib.

Onun sözlərinə görə, layihənin dəyəri 1 milyard avro civarındadır.

Избранный
26
2
sherg.az

3Источники