RU

"Biz onlara hörmət etdiyimiz kimi, onlar da bizə hörmət edəcəklər”

Braziliya millisinin və “Real”ın cinah oyunçusu Rodriqo Qoes ona ediləcək əlavə təzyiqlərdən danışıb.

Sportinfo.az xəbər verir ki, o, zədəli olan Vinisius Junior və Neymarın millidə yer almamasına görə azarkeşlərin ondan gözləntilərinin daha çox olacağını deyib:

“Düşünürəm ki, indi Vinisius və Neymarın zədələrinə görə azarkeşlər məndən daha çox şey gözləyəcəklər.

Qarşıda bizi Argentina yığması ilə çətin matç gözləyir. Bu oyunda komandaların bir-birinə hörməti böyük əhəmiyyət kəsb edir.

Düşünürəm ki, bizim onlara hörmət etdiyimiz kimi, onlar da bizə hörmət edəcəklər”.

Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində, noyabrın 22-də Argentina yığması ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
487
sportinfo.az

1Источники