“Qeyri-rəsmi qaydada da olsa minatəmizləmə fəaliyyəti ilə mən də məşğul olmuşam”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Elman Məmmədov deyib.
O xatırladıb ki, sovet dövründə nə ANAMA, nə də başqa bununla məşğul olan qurum var idi: "Hərbçilərimizin köməyi ilə torpaqlarımızın minadan təmizlənməsi ilə özümüz məşğul olurduq. Azərbaycan əraziləri ermənilər tərəfindən minalanıb, lakin beynəlxalq qurumlar Ermənistana maliyyə yardımı ayırırlar. Ermənilər o qədər mənfurdur ki, öz yaşadıqları ərazilərin ətrafını minalayıblar".
Anar Kəlbiyev